Ermənistanda nazirlərin çoxu fəraridir - Petrosyan


18:08     21 Sentyabr 2017 resizer_1505981926.jpg

“Ermənistanda hazırda elə vəzifəlilər, rəsmi şəxslərin övladları və nəvələri var ki, onlar hərbi xidmət keçmədən bilet alaraq, dövlət işlərində çalışırlar”.


Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, bu barədə “Könüllü döyüşçülər ittifaqı” şurasının üzvü, “Aparan” dəstəsinin komandiri Razmik Petrosyan bildirib.

Onun sözlərinə görə, müharibə şəraitində olan ölkənin müdafiə naziri hərbçi olmalıdır: “Bizdə normal deyil. Qəbul edilən qanunlar əvvəlkilər kimi formal xarakterli olacaq”.

R. Petrosyan deyib ki, Ermənistanda bir çox yüksək vəzifəli şəxslər və nazirlər hərbi xidmət keçməyib: “Onların yalnız övladları deyil, özləri də hərbi xidmətdə olmayıblar. Orduda xidmət keçməyən şəxslərin küçə ticarətindən başqa yaşamağa vəsaiti olmamalıdır. Yəni, hərbi xidmət keçməyən rəsmi şəxslər dövlət vəzifəsi tutmaq hüququna malik olmamalıdır. Ancaq bizim hərbi xidmətdə olmayan yüksək vəzifəli rəsmi şəxslərimiz, nazirlərimiz var”.

Femida.az

Açar sözlər:

Oxunub: 1155