BMT baş katibi Ruhanidən xahiş etdi


03:19     22 Sentyabr 2017 hasan%20ruhani-interaztvcom_2.jpg

BMT baş katibi Antoniu Quterreş İran prezidenti Həsən Ruhanidən ABŞ vətəndaşı və təşkilatın sabiq əməkdaşı Baker Namazini həbsxanadan azad etməyə çağırıb.


Bu barədə BMT-nin nümayəndəsi Stefan Düjarik Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində Antoniu Quterreş və Həsən Ruhani arasında keçirilən görüşündən sonra bildirib.

Qeyd edək ki, 2016-cı ilin oktyabrında İran məhkəməsi 80 yaşlı Namazi və onun 46 yaşlı oğlu Siamakı casusluqda ittiham edərək 10 il həbs cəzasına məhkum edib.

Femida.az

Açar sözlər:

Oxunub: 854