İran Ermənistan rəhbərliyini sülhə çağırdı


21:34     22 Sentyabr 2017 5863739gdgd_1506086207.jpg

İranın energetika nazirinin müavini Əli Rza Daemi Ermənistanın baş naziri Karen Karapetyanın Tehrana səfər edəcəyini açıqlayıb.


Femida.az “News.am”-a istinadən xəbər verir ki, Ermənistanın müstəqilliyinin 26-cı ildönümü münasibətilə nazir müavinin göndərdiyi məktubda Ermənistan İran əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib.

Daimi öz məktubunda qeyd edir ki, regional məsələlər sülh və konstruktiv dialoq yolu ilə həll olunmalıdır.

Onun sözlərinə görə, son illər Ermənistan və İran siyasi, mədəni, iqtisadi və ticarət münasibətlərinin genişləndirilməsində pozitiv addımlar atıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1045