Məmmədyarov həmsədrlərlə görüşür


02:10     23 Sentyabr 2017 7319cc93b52d2177476375b4a090b32c.jpg

Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş keçirilir.


Femida.az xəbər verir ki, bu barədə XİN-in mıtbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" mikrobloqunda məlumat verib.

Onun sözlərinə görə, hazırda xarici işlər naziri BMT sessiyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşür. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 967