Ağcabədidə ağır qəza - Ölən və yaralanan var


13:36     23 Sentyabr 2017 1359952125_qeza-avariya-main.jpg

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Muğanlı - Hüslü yolunda qeydə alınıb.

Qəza nəticəsində Hüslü kənd sakini Quliyev Rasif Akif oğlu hadisə yerində həyatını itirib, Rəncbərlər kənd sakini Məhərrəmov Sakit Çingiz oğlu isə ağır bədən xəsarəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, S.Məhərrəmovun vəziyyəti ağırdır. Qəzanın təfərrüatları müəyyənləşdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 901