İki uşaq atası özünü öldürmək istədi, atası xilas etdi
14:15 23 Sentyabr 2017
Şəkidə iki uşaq atası intihara cəhd edib.
Femida.az xəbər verir ki, Şəki şəhəri, Girəkli küçəsində yaşayan, 1988-ci il təvəllüdlü Tehran Yusif oğlu Mustafayev bu gecə saat 03:30 radələrində qonşunun həyətində əncir ağacından özünü asaraq intihar etmək istəyib.
Tehran Mustafayev son anda atası tərəfindən xilas edilərək Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
İlkin araşdırma zamanı məlum olub ki, həyat yoldaşından ayrılan Tehran Mustafayev övladlarını görə bilmədiyi üçün intihar etmək qərarına gəlib.
Tehran Mustafayevin bundan əvvəl də intihara cəhd etdiyi bildirilir.
Şəki MRX-dan APA-ya bildirilib ki, Tehran Mustafayevə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra səhhəti stabilləşib, səhər evə buraxılıb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 566
Oxşar xəbərlər
- İkimərtəbəli ev yanıb
- İki qardaş birləşib narkotik əkdi - Salyanda
- İki körpə diri-diri yandı - Qobustanda faciə
- İki rayonun Yol Polisi rəisi dəyişdirildi
- İkimərtəbəli ev yanıb
- İki məhkum xəstəlikdən ölüb
- İki bacının öldüyü yanğınla bağlı RƏSMİ AÇIQLAMA
- İki qadını maşınla vurub öldürən sürücü tutuldu
- İki futbolçuya ömürlük cəza verildi
- İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib