1 milyard 700 milyon manatı Azərbaycandan çıxaranlardan XƏBƏR VAR


14:54     23 Sentyabr 2017 pul%20manat_14.jpg

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Vüqar Osmanovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.


Femida.az-ın xəbərinə görə, cinayət işinə Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilkin baxışı sentyabrın 27-nə təyin edilib.

İttihama görə, təqsirləndirilən şəxslər Bakıda pul köçürmələri ilə məşğul olaraq, cinayət yolu ilə əldə olunmuş 1 milyard 700 milyon manat məbləğində pulu saxta müqavilələr əsasında fəaliyyətdə olan xarici şirkətlərin hesabına köçürüblər. Onların Bakıda yerləşən "AgBank"da xidməti otaqları da olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Əliyev 10 il, V. Osmanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1031