Nazirlik tender keçirir


19:12     23 Sentyabr 2017 kend%20teserrufati%20nazirliyi.jpg

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) strukturuna daxil olan Ucar Rayon Baytarlıq İdarəsinin inzibati binasının əsaslı təmiri (lot-1) və Quba Zona Baytarlıq Laboratoriyasının Toksikologiya şöbəsinin, yarma otağının, süni mayalanma otağının və digər köməkçi otaqların yenidən qurulması və əsaslı təmiri (lot-2) işlərinin satın alınması məqsədilə açıq tender elan edib.


Femida.az xəbər verir ki, tenderdə iştirak haqqı hər bir lot üzrə 250 manatdır.
İddiaçılar ilkin sənədləri oktyabrın 12-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə oktyabrın 20-nə qədər DBNX-nin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3123-cü məhəllə ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Mustafa Allahverənovdur (tel.: (012) 562-97-72).
Təkliflərə oktyabrın 23-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 735