Güləşçilərimiz hərbçilərin dünya çempionatına qələbə ilə başladı


19:30     23 Sentyabr 2017 15061520613846024421_1000x669.jpg

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının dördüncü gününün yarışları başlayıb.


Femida.az xəbər verir ki, Litva Beynəlxalq Universitetinin idman zalında keçirilən yarışın dördüncü günündə Azərbaycanın dörd güləşçisi mübarizəyə qoşulub. Belə ki, yunan-Roma güləşçilərimiz Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxacaqlar.

İdmançılarımızın hamısı ilk görüşdə qələbə qazanıblar. Elton Vəzirzadə isveç güləşçisi Dietçe Damianı 4:2 hesabı ilə məğlub edib. İslam Abbasov Estoniya təmsilçisi Piaser Martinə 8:0 hesabı ilə qalib gəlib. Orxan Nuriyev Koreya Respublikasından olan Gu Hak Bonu 13:2, Cavid Feyziyev isə çinli Siemge Qaribunu 4:0 hesabı ilə məğlub edib.

Femida.az

Açar sözlər:

Oxunub: 863