ABŞ-ın nefti tükənir


19:55     23 Sentyabr 2017 Amerika-Neft-570x321.jpg

ABŞ-da aktiv neft quyularının sayı azalıb.


“Baker Hughes” şirkətinin yaydığı məlumata görə, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 5 ədəd azalaraq 744, qaz quyularının sayı isə 4 ədəd artaraq 191 olub. Bu da o deməkdir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 1 ədəd azalaraq ümumilikdə 935 olub. Beləliklə ABŞ-da aktiv neft quyularının sayı son 6 həftənin beşində azalıb.

Bir il əvvəl isə ölkədə yalnız 489 qurğu aktiv idi.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında minimuma – 404-ə geriləmişdi.

Açar sözlər:

Oxunub: 651