Gəncə sakinindən 3 kiloqram marixuana götürülüb


16:15     23 Sentyabr 2017 2015-04-29-15-07-19narkotik.jpg

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhər Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rasim Quliyevdən 3 kiloqram 15 qram marixuana götürülüb.

Tərtər rayonu ərazisində Hacıqərvənd kənd sakini Samir Məmmədov 415,707 qram marixuananı satarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən şəhər sakini Ramil Fərziyevdən 460 qram marixuana götürülüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 505