DMX rəisi: “Azərbaycanda miqrantlara həssas yanaşılır”
18:02 23 Sentyabr 2017
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyanın İnsan hüquqları və milli azlıqların hüquqları üzrə ofisində görüş keçirib.
DMX-dən Femida.az-a verilən məlumata görə, qurumun rəsmiləri ilə keçirilən görüşdə tərəflər insan alverinə qarşı mübarizə üzrə milli istiqamətləndirmə mexanizmi, beynəlxalq himayədən istifadə edən şəxslərin inteqrasiyası üzrə tədbirlərə dair təcrübələrini bölüşüblər. Xidmət rəisi deyib ki, Azərbaycan Konstitusiyasında insan hüquqları və azadlıqlarının təminatı dövlətin ali məqsədi kimi müəyyənləşib. Onun sözlərinə görə, əsas qanunda əksini tapmış insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqinin zəruriliyi nəzərə alınaraq, Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə qoşulub.
DMX rəisi qeyd edib ki, hazırda Azərbaycanda miqrantlara münasibətdə həssas yanaşılır və ölkə miqrasiya siyasətində insan hüquq və azadlıqlarına hörmət prinsipinə, qanunçuluğa və beynəlxalq normalara əsaslanır.
Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 771
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək