Müxalif partiyanın azərbaycanlı namizədi döyüldü


20:34     23 Sentyabr 2017 police3.jpg

Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyası Marneuli rayonu üzrə majoritar namizədi Əli Məmmədovun fiziki hücuma məruz qalması barədə məlumat yayıb.


Marneuli rayonunun Sadaxlı kəndində hakim “Gürcü Arzusu” Partiyasının majoritar namizədi Rövşən İsgəndərov və rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd Alibediyev Ə. Məmmədova fiziki təsir göstəriblər. Ə. Məmmədovun xəstəxanaya yerləşdirildiyi bildirilir.

“Avropalı Gürcüstanı” Partiyası günahkarların mümkün qədər tez müəyyən olunub cəzalandırılmasını tələb edib. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 803