Masallıda 6 otaqlı ev yanıb


13:22     24 Sentyabr 2017 1418722479_publika.az1396162969yangin.jpg

Bakı və Masallıda yanğın hadisəsi qeydə alınıb.

Femida.az -ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə, taxtadan ibarət arakəsmə divarları 25 m2 sahədə yanıb. Yüksək temperaturdan 2 otaq və dəhliz 40 m2 sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Masallı rayonu, Ərkivan kəndində ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 m2 sahədə və dam örtüyü 70 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Açar sözlər:

Oxunub: 701