Meksikada zəlzələ: Ölənlərin sayı 305 nəfərə çatdı


14:20     24 Sentyabr 2017 1505303048.jpg

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.


Femida.az -ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika FHN rəhbəri Luis Felipe Puente bildirib. Ən çox – 167 ölüm halı Mexiko şəhərində qeydə alınıb.

Təbii fəlakət həmçinin Oaxaka, Puebla, Qerrero, Mexiko və Morelos ştatlarında da qurbanlara səbəb olub.

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Zəlzələ nəticəsində paytaxt Mexikoda 44 ev dağılıb.

Açar sözlər:

Oxunub: 956