Beşmərtəbəli yaşayış binasında yanğın olub
14:30 24 Sentyabr 2017
Ötən gecə Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 34 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb.
Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan eyvanın divarı 3 m2 sahədə qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Femida.az
Oxunub: 1076