Rayonlarda şimşək çaxacaq - SABAHIN HAVASI
16:39 24 Sentyabr 2017
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-21° isti, gündüz 25-30° isti, Bakıda gecə 19-21°, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.
Oxunub: 1043
Oxşar xəbərlər
- Rayonlarda yağış yağacaq
- Rayonlardakı “ağac qətliamı”na görə prokurorluğa müraciət edildi
- Rayonlarda ağacların `soyqırımı` - Gecə ilə kütləvi şəkildə kəsilib
- Rayonlarda internetin keyfiyyəti yaxşılaşdırılır
- Rayonlarda analoq yayım dayandırılır - Tarix açıqlandı
- Rayonlarda qar yağacaq - Xəbərdarlıq
- Rayonlarda sürüşmə təhlükəsi - SOS
- Rayonlarda 43 dərəcə isti olacaq
- Rayonlarda 39 dərəcə isti olacaq
- Rayonlarda hərbi sursat aşkarlandı