3 gün əvvəl itkin düşən qadın tapıldı


20:52     24 Sentyabr 2017 qax-itkin_1506256476.jpg

Sentyabrın 21-də Qax rayonu ərazisində itkin düşmüş qadın tapılıb.


Femida.az-ın report-a istinadən verdiyi məlumata görə, rayonun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva Qax rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-ü günorta saatlarında tapılıb.

Tanışının evində olan qadın ailəsinə təhvil verilib.

Qadın sentyabrın 21-i səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1016