Nəticələr açıqlandı - Merkel qalibdir


01:05     25 Sentyabr 2017 merkel4.jpg

Almaniyada sentyabrın 24-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, ekzit-polların nəticələrinə əsasən, seçkilərdə hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı qalib gəlir.

Angela Merkelin rəhbərlik etdiyi alyans 32,5% səs toplayıb. İkinci yerdə Sosial Demokrat Partiyası (20%), ücüncü yerdə isə Almaniya üçün Alternativ Partiyası qərarlaşıb (13,5%).

Beləliklə, böyük ehtimalla Angela Merkel kansler postunu qoruyub saxlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1085