• Ana səhifə / Manşet

Xəbər lenti

Striptizçi və pul qaynayan Pekin küçələri - Çindən `Kitayski` Reportaj (VİDEO + FOTO)


Tarix 25.09.17, 14:43



Made in Chine

Əgər insanı tanrı yaradıbsa, yerdə qalanlarını çinlilər yaradıb.

Ucsuz-bucaqsız çöllər, səhralar, səhrada başı buludlara çatan çinar ağacları. Çin məhz belə ölkədir. Daha doğrusu çinlilər belə xalqdır. Onlar səhralıqda çinar da əkir, bənövşə də yetişdirir. Saman sarısı qumların üstündən baş qaldıran bənövşələr təbiət hadisəsi yox, insan zəhmətinin çiçəklənməsidir.

Səhrada çiçək

Təbitə çinlilərə uca qamət, boy-buxun, xüsusi gözəllik verməyib. Onlar da bunun heyfini dünyadan çıxır. Binanın ən hündürünü, yolun ən uzununu, ən enlisini tikməklə, susuz səhralarda vadilər yaratmaq, məhz zibildən bəzək əşyası, hətta qida məhsulu düzəltməklə...



Məlumat üçün...

Sentyabrın 19-da Çinin Qansu əyalətində yerləşən Dunxuan şəhərində bu ölkənin "Jenmin Jibao" qəzetinin təşkilatçılığı ilə "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Media Əməkdaşlıq Forumu keçirilib.

140-dək ölkədən 260-dan artıq aparıcı KİV-in rəhbərləri və nümayəndələri, Çinin yüksək səviyyəli dövlət rəsmiləri , ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar.



Tədbirdə Çinin təşəbbüsü ilə həyata keçirilən "Bir kəmər, bir yol" layihəsinin Asiya ölkələrinin iqtisadi həyatına təsiri, xalqlar bir-birinə yaxınlaşdırılması, mədəni və etnik müxtəlifliyin qorunması, əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunub. Media nümayəndələri müasir mühitdə əməkdaşlığın yeni formaları, KİV –in rolu, müasir xəbər texnologiyalarından istifadə imkanları barədə müzakirələr aparılıb.



Bu məlumatı yazmaqda məqsədim odur ki, tədbiri Çin təşkil edib. Tədbirə dəvət məktubunu da məhz Çin Respublikasının “Jenmin Jibao” qəzeti göndərib. Odur ki, bu mötəbər tədbirdə iştiraka görə işə yaramayan, gündə adı bir qalmaqalda, qırğında hallanan, pul bölmək üstündə əlbəyaxa olan diaspor qurumlarımıza təşəkkür etmirəm. Niyə? Çünki hələ də bizi ölkədən kənarda tanıdan böyük və orta biznes adamlarımızdır. Dünya bizi hələ də alverçi, bazar işini bilən adam kimi tanımaqda davam edir.



Tədbirdəki yersiz ölkələr

“Bir yol- bir kəmər” lahiyəsinin əhəmiyyətini anlayan bütün dövlətlər bu layihədə yer almağa çalışır. Azərbaycan lahiyədə yeni təkliflərlə çıxış edir. Azərbaycanın təklif etdiyi layihəyə isə Ermənistanın daxil ola bilməyəcəyi müzakirə predmeti deyil. Çin isə Azərbaycanın tərəflər üçün sərfəli təkliflərindən böyük ehtimalla imtina etməyəcək. Ümumiyyətlə isə Ermənistanın adıçəkilən layihədə olması, iştirakçılığı formal xarakter daşıyır. Separatçı və işğalçı dövlətin ərazisində dünya səviyyəli işlərin həyata keçirilməsi qanunaziddir.



Yersiz ölkənin yersiz jurnalistləri

Forumda iştirak edən erməni jurnalistlər etnik qruplaşma olmağın kompleksini sona qədər aşa bilmədilər. Yazıda adlarını çəkib şərəfləndirmək istəməzdim. Onlar sıxıntı içində, ürkək nəzərlərlə ətrafa baxırdılar. Forum müddətində öz aralarında erməni dilində danışmadıqlarını yaxşı xüsusiyyətmiş kimi ətrafa elan etdilər. Nə deyək... O “dildə” danışmağa mən də utanardım.



“Jemin Jibao” cənnəti

Bu kommunist ölkəsinin ən vacib qəzeti “Jemin Jibao” sözün əsl mənasında cənnətdə yerləşir. Qəzetin ilk fəaliyyətə başladığı bina muzeyə çevrilib. Qəzet əməkdaşlarının nəinki yazı yazması üçün, hətta kosmosa uçması üçün də şərait yaradılıb. Sayıb qurtara bilmədiyim hündürlükdə bina bu qəzetin öhdəliyinə verilib. Qəzet əməkdaşlarının günorta gəzintisi üçün park, günorta yuxuları üçün ayrı otaqlar var. Qəzetin redaksiyasını gəzdiyim müddətdə mənim üçün sözün bitdiyi an müxbirlər üçün nəzərdə tutulmuş meditasiya otağı idi. Redaksiya ilə tanışlıq müddətində məni ən çox düşündürən sual əməkdaşların bu qədər istirahət, idman, yemək otağı varkən nə zaman yazı yazmaqları idi. Məlum oldu ki, qəzetin yazıları SinXua Xəbər Agentliyinin materiallarından yararlanır. Azərbaycan dilində desək, Azərtac Xəbər Agentlikliyi işləyir, qəzetlər çıxır.



“Kitayski” opera

Çinlilər operanı da mənimsəyib. Tədbirin bədii hissəsində dəvət olunduğumuz “İpək yolu” operasında qulağımıza dünya klassik musiqi incilərindən hər cür səs gəldi. Bütün hallarda zərif və çevik çinlilər operanın öhdəsindən gəlmişdi.



Kazak, özbək, qırğız, tatar... Bir soydurmu?

Tədbir iştirkaçıları arasında olan kazak, özbək və sairələrin bizə illərlə aşılanan türklüklə yaxından, uzaqdan əlaqələri yoxdur. Onlar hər an “xalqların qardaşlığı” nağılını dilləndirməyi, erməni müdafiəsinə qalxmaqları labüddür.

Qurbağa qızartması, it çığırtması, tarakan qovurması

Çin buradan göründüyü qədər qarmaqarışıq deyil. Onlar gələn qonaqlara hörmətlə yanaşır. Sadaladıqlarımın hamının mədəsinə görə olmadığınəı bildikləri üçün onu hər gələn qonağın qarşısına çıxarmağı ağıllarına da gətirmirlər. Dəvə qutabı, heyvanın nəcisdən təmizlənmiş qarnını bəh-bəhlə yeyən xalqın nümayəndəsi olaraq hər şeyə hazırlıqlı olsam da, 1 həftə müddəti meyvə yeyərək yola verdim.



Homoseksuallar harada gizlənir?

Çin küçələrində homoseksuallara rast gəlmək demək olar ki, mümkün deyil. Onlara qarşı münasibət birmənalı deyil. Çində homoseksuallar Bakıdakı kimi aparıcı, müəllim ola bilmir.

Hamı yerli Feysbuka girsin, kənara xəbər sızmasın

Çinin hər şeyi özünündür. Feysbuku da, instaqramı da, yutubu da. Çinə çatan kimi sosial şəbəkədə şəkil paylaşacağınıza ümid etməyin. Burada yerli sosial şəbəkələr var. İstəyən girər, istəməyən də sosial şəbəkə ilə vidalaşar. Kənardan gələn hər şey Qadağandır! İllah da ki, informasiya.

Çin mətbəxini bir cümlə ilə ifadə etsək : Hər şey var, heç nə yoxdur. Fıstıq qovurması, brokolli qovurması, çiy boranı və sairə bizə mənasız gələ bilər.

Hər şeydən konfet düzəldənlər

Konfet kağızında olan hər şey bu ölkədə konfet deyil. Siz konfet bilib aldığınız kağızın arasından düyünə oxşayan qovrulmuş ət də çıxa bilər.



Məmur övladları

Çin də qudurğan məmur övladlarından xali deyil.
Çində qudurğanlıq edən məmur övladının atası nəinki işdən çıxarılır, hətta həbs edilir. Tərbiyəsiz varis yetişdirdiyi üçün.

Robot polis

Çinlilər robot polis düzəldib. Sizi qarşılayan robot polislə cəriməni verməmək üçün sövdələşə bilməyəcəksiniz.



Ağır qəza cərimələri

Dəhşətli olsa da bir məqamı qeyd edim. Bu məqamla da Çində insanın dəyəri haqqında hər şeyi anlayacaqsınız. Qəza nəticəsində vurduğunuz adam ölməyibsə, maşını geri verib, üzərindən keçməyiniz məsləhətdir. Ölsə, cərimə və ya həbslə canınız qurtaracaq. Sağ və əlil olsa, ömrünüz onun nəsli üçün işləməklə keçəcək. Siz əbədi olaraq vurduğunuz adamın nəslinin nökəri, bank hesabı olacaqsınız. Bu dəhşətləri nəzərə aldıqlarına görə çinlilər demək olar ki, yol qəzası törətmir.

Çində rüşvət

Çində rəsmi qurumlarda rüşvət almaq amansız cəzalarla qarşı-qarşıya qalmaq deməkdir.

Yaşamalı yer

Çin həqiqətən də yaşamalı yerdir. Dünya miqyasında adı milyarderlər siyahısına düşmüş insanlar hazırda yaşamaq üçün Pekini seçir.



Əyalət də olsa...

Tədbirin ilkin hissəsi Qansu vilayətinin Dun Xuan şəhəri idi. İpək yolu Dun Xuan ərazisindəki səhralardan başlayır. Hazırda həmin ərazi turizm fəaliyyəti göstərir.

Qumdan pul çıxaran oğlanlar

Dun Xuanda qum təpələrinə pilləkənlər yerləşdirilib. Turistlər həmin pilləkənlərlə yuxarı qalxdıqdan sonra xizəklərlə üzüaşağı sürüşür. Bunun üçün turist 30-40 arası məsafəyə görə dəyişən məbləği ödəyir. Buradan da anlaşılır ki, turizmdən pul çıxarmaq üçün fantastik infişaf yox, turizm təfəkkürü vacibdir.

Aypara gölünün fəlsəfəsi

Dun Xuanda uzun və cansıxıcı səhra yolunu qalxırıq. Üzüyuxarı qalxan yolun sonunda bizi möcüzə gözləyir. Səhranın ortasında yüzilliklərə, səhra günəşinə davam gətirən, qurumayan göl. Bu yolla çinlilər gəlmələrə başa salmağa çalışır ki, bütün əzablı yolların axırında uğur, bütün susuz yolların sonunda isə mavi sular var.



Bu, əsl buddizm deyil

Dun Xuanda dünyanın ən böyük, əzəmətli buddizm məbədi yerləşir. Buddizm məbədinin Dun Xuanda tikilməyinin səbəbi pul, biznesdir. Ərazi illərlə ətraf tayfa və xalqların hücumlarına məruz qalıb. Bu o dövrlər idi ki, Hindistandan gələn tacirlər özləri ilə bərabər Çinə buddizm də gətirirdilər. Hər şeydən pul çıxaran, hər şeyi biznes gəlirlərinə hesablayan çinlilər burada buddizm məbədi tikməyi qərarlaşdırır. Məbədin tikintisi illərlə davam edir. Nəticədə ərazi müqəddəsləşdirilir. Buddizm tərəfdarı olan digər xalqlar Dun Xuanın müdafisinə qalxır. Dun Xuan “müqəddəsləşir”, çinlilər İpək Yolu vasitəilə alverlərinə şad-xürrəm davam edir.



Azərbaycanlılar Çində

Azərbaycanlılar Çində heç müzakirəsiz ki, elm və təhsil sahəsində deyillər. Bizimkilərin adları Quançajo, Urumçi kimi biznes şəhərləri ilə yanaşı hallanır. Restoran biznesindəki mövqeyimiz isə Pekində yox dərəcəsindədir. Pekində yaşayan azərbaycanlılar xarici vətəndaşlar üçün nəzərdə tutulmuş bahalı marketlərdən ərzaqlar alıb, gündəlik qidanı evdə hazırlamalı olurlar.

Rus dilində çırtlayan Çin gözəlləri

Çinlilərin rusdilli xalqlara, ümumiyyətlə rus dilində danışan hamıya münasibəti birmənalı şəkildə xoşdur. Çində rastlaşdığım, ünsiyyətdə olduğum üç adamdan ikisi rus dilində bilir. Rusiyanın Çinin ən böyük müttəfiqidir. Rus dili sevgisinin də səbəbi biznes maraqları və puldur.



Rus xanımlarının alverxanası

Pekində Yabalao adlı rayon var. Burada bazarlar, dükanlar rusdilli çinlilərlə doludur. Reklam lövhələri rus dilindədir. Bizdə hər yerdə ərəb turist gəzişdiyi kimi, Pekində də rus qadınları zövqsüz və dəxlisiz hər şeyi alıb, sevinirlər. Pekində qiymətlər nağıllardakı qədər ucuz deyil.

Çinlilərin bakılılara yanaşması

Yabalao rayonunda girdiyiniz hər alış-veriş mərkəzində fərqli münasibətlə qarşılaşacaqsınız. Məsələn, rus qadınına satılan 300 yuanlıq eynəyi siz 150 yuana alacaqsınız. Siz çinliləri elə-belə bilməyin. Burada Seyid Lazım ağanı da, Ağdamı da tanıyırlar. Qiymətin söhbətin axırında enəcəyini nəzərə alaraq, bəri başdan əşyanı sizə real qiymətə satırlar.

Rus, ukraynalı, yoxsa çinli qadınlar?

Çin qadınları ruh qədər səssiz, gizlidirlər. Onların varlığı ətrafı narahat etmir. Sakit, itaətkar çinli qadınlar hər bir azərbaycanlı kişinin arzularının qadını ola bilər.

Əsəbləri dəmir qadınlar

Çində yadımda nə forum, nə də ki İpək yolu qalıb. Çinli qadınların insani hisslərdən uzaqlığı biabırçılıq, hətta biqeyrətlik həddindədir.

Çinli qadınlar qısqanclıqdan və heysiyyatdan yoxsuldurlar. Təsəvvür edin ki, əriniz və ya sevgilinizlə kafedə, açıq havada restoranda oturmusunuz. Arxanızda model kimi bir qız ayaqlarını dəmir boruya dolayıb, striptiz oynayır. Belə görüntü Avropa ölkələrinin çoxunda olduğu kimi Pekində normal hadisədir.



Biz azərbaycanlılar gəzməyi də, yeyib-içməyi də, kənarda gördüklərimizi geri qayıdanda Bakıda tətbiq etməyi də sevən xalqıq. Gedin, gəzin. Bircə bura nə boru nə də striptiz rəqqasəsi gətirin.

P.S: Hər dəfə başqa ölkəyə gedəndə, başqa xaqların məişəti ilə tanış olanda yenidən anlayıram ki, Azərbaycandan getmək istəyənlər, Azərbaycandan başqa hər yeri tərifləyənlər heç vaxt ölkədən kənara çıxmayanlardır. Azərbaycandan gözəli yoxdur, dünyanın cənnəti Azərbaycandır

Günay Arda
Bakı - Qansu - Pekin

Femida.az



Xəbərin oxunma sayı : 5596









Cəmiyyət
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img