• Ana səhifə / Manşet

Xəbər lenti

İslah və ictimai işlər növündə cəza nədən ibarətdir?


Tarix 06.10.17, 9:50


“Bəzi cinayət əməllərinə görə, cinayət məcəlləsində islah işləri və ictimai işlər növündə cəzalar nəzərdə tutulur. Bu cəzaların mahiyyəti barədə bir çox vətəndaşlar xəbərsizdir”.


Bu sözləri Femida.az-a açıqlamasında vəkil Asif Abdullayev deyib.

Vəkil bildirdi ki, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir:

“İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. İslah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır”.

A.Abdullayev ictimai işlərin aşağıdakılardan ibarət olduğunu vurğuladı:

“İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və səkkiz saat ictimai işə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır”.

Vəkil sonda qeyd etdi ki, ictimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz:

- birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara;
- hamilə qadınlara;
- himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara;
- pensiya yaşına çatmış qadın və kişilərə;
- hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara.


Ceyhun Əhmədli
Femida.az

Xəbərin oxunma sayı : 604









Cəmiyyət
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img