Bakıda Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək


14:42     07 Oktyabr 2017 azerbaijan_australia_flags_270613.jpg

Bakıda Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək.


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) Femida.az-a verilən məlumata görə, oktyabr 18-də Avstraliya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

Səəfər çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək.

Tədbirə turizm, logistika, nəqliyyat, tikinti, təhsil, hüquq, daşınmaz əmlak, üzüm, şərab, ağartı məhsulları və ət istehsalı, mədən sənayesi və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq Avstraliya şirkətinin qatılacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 743