• Ana səhifə / Manşet

Xəbər lenti

İş adamına dələduzluğa görə məhkəmə olacaq


Tarix 07.10.17, 10:52


Bakı Apellyasiya Məhkəməsində dələduzluq və vergi ödəməkdən yayınmada təqsirləndirilən iş adamı Nəsib Həsənovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.


Femida.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, işin məhkəmə baxışına verilməsi məsələsi müzakirə edilib. Məhkəmənin baxış iclası oktyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib.

N. Həsənov “Binə” Ticarət Mərkəzində pul dəyişmə məntəqəsində işləyən Arif Hacıyevə qarşı dələduzluq edib. O, A.Hacıyevin etibardan sui-istifadə edərək iş görmək adı ilə 21700 manat və 14 min dollar alıb. Pulu alanda bildirib ki, “Karqo-terminal”da ticarət mərkəzinin adına Çindən gələn malları çıxaracaq, onları təhvil verib, pullarını yığaraq qısa müddətdə A.Hacıyevə borcunu qaytaracaq. Amma həmin pulu qaytarmayıb.

N.Həsənov “Binə” Ticarət Mərkəzində “Karqo Terminal”da işləyib.

Cinayət işində ümumilikdə 4 zərərçəkmiş var. Həmçinin qeyd olunub ki, N.Həsənov sahibkarlıqla məşğul olub, “Binə” Ticarət Mərkəzində mağaza işlədib. o, vergi ödəməkdən yayınmada təqsirli bilinib. Onun Vergilər Nazirliyinə 27 min manat vergi borcu olub.

N.Həsənov istintaqdan yayındığı üçün Azərbaycan hüquq-mühafizə orqanları biznesmeni axtarışa verib. Sonra N.Həsənov Azərbaycan ərazisində saxlanılıb.

Femida.az

Xəbərin oxunma sayı : 94









Hüquq-mühafizə
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img