• Ana səhifə / Manşet

Xəbər lenti

Türkiyə Suriyaya qoşun yeridir


Tarix 07.10.17, 15:22


Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri və hərbi texnikası Suriyanın İdlib əyalətinə daxil olmaq üçün sərhədə yerləşdirilib.


Femida.az Haberturk-ə istinadən xəbər verir ki, hərbçilər Qazaxıstanın paytaxtı Astana şəhərində üç təminatçı dövlətin - Türkiyə, İran və Rusiya arasında əldə edilən razılşamaya uyğun olaraq, əyalətə yerləşdiriləcək.
Həmin ərazi 6-cı Astana görüşündə “münaqişəsiz” bölgə elan edilib.
Məlumata görə, 3 təminatçı dövlətin səlahiyyət verdiyi müşahidəçilər münaqişəsiz bölgələrə nəzarət edəcək. Onların əsas vəzifələri Bəşşar Əsəd rejimi ilə müxalif qüvvələr arasında atışmanın qarşısını almaqdır.
Türkiyə, İran və Rusiya hər biri bölgəyə 500 müşahidəçi göndərəcək. Türkiyə hərçiləri İdlibin içinin, Rusiya isə ətrafının təhlükəsizliyini təmin edəcək.
Qeyd edək ki, İdlib Türkiyənin Hatay əyaləti ilə həmsrhəddədir.

Femida.az

Xəbərin oxunma sayı : 94









Dünya
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img