Bakıda olay: Oteldə qalan turist xadimələri soydu


19:38     07 Oktyabr 2017 telefon%20ogru.jpg

Bakıda qaldığı oteldə oğurluq edən xarici vətəndaş saxlanılıb.


Femida.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 5-də rayon ərazisində yerləşən otellərin birində xadimə işləyən 2 qadının çantalarından ümumilikdə 580 manat və 40 lari pul oğurlamaqda şübhəli bilinən, həmin oteldə turist kimi qalan bir əcnəbi vətəndaş tutulub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 804