Xarici işlər nazirlərinin Tbilisi görüşünün gündəliyi açıqlandı
16:52 07 Oktyabr 2017
GUAM-ın yaradılmasının 20 illiyi ilə əlaqədar təşkilatın xarici işlər nazirlərinin oktyabrın 8-də Tbilisidə keçiriləcək görüşünün gündəliyi açıqlanıb.
Femida.az-ın xəbər verir ki, GUAM-a üzv ölkələrin xarici işlər nazirləri ilə yanaşı təşkilatın baş katibi Altay Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti də Tbilisiyə səfər edəcək. Nümayəndə heyəti Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze ilə görüşəcək.
GUAM-ın xarici işlər nazirləri görüşün sonunda birgə bəyannamə imzalayacaq və mətbuat konfransı keçirəcəklər. Nazirlər həmçinin Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə görüşəcəklər.
Daha sonra nazirlərin “Tbilisoba” bayramı çərçivəsində keçirilən tədbirlərdə iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, 2017-ci ildə GUAM-a Gürcüstan sədrlik edir. Gürcüstanın sədrliyinin əsas prioriteti təşkilata üzv ölkələr arasında dinamik və məhsuldar əməkdaşlığı təmin etməkdir.
Femida.az
Oxunub: 891
Oxşar xəbərlər
- Xarici mütəxəssislər alpinistlərin axtarışında - FOTO + VİDEO
- Xarici vətəndaşlar Azərbaycanda torpaq mülkiyyətçisi ola bilər?
- Xarici vətəndaşlar Şamaxı dağlarında köməksiz qalıb - FHN köməyə getdi
- Xarici diplomların tanınmasında YENİLİK
- Xarici ölkədə bağlanılan nikah Azərbaycanda tanınırmı?
- Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiqlənib
- Xarici ölkələrlə görüntülü danışıq niyə mümkün deyil?
- Xarici telekanallarda reklamlar qadağan olunur - Azərbaycanda
- Xarici işlər naziri istefa verdi - Braziliyida
- Xarici diplomatlar Cocuq Mərcanlıda