Avtobusun vurduğu piyada yaddaşını itirdi


20:30     07 Oktyabr 2017 neftciler-xestexanasina-getirilenlerin-siyahisi_156632043d6140-xebervar_com0.jpg

Bakıda sərnişin avtobusunun vurduğu piyada yaddaşını itirib.


Femida.az Report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi 161 ünvanında 28 yaşlı İsgəndərova Səma Fəxrəddin qızı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu yüksək sürətlə hərəkət edən 209 saylı sərnişin avtobusu vurub. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, S.İsgəndərova hadisədən sonra yaddaşını itirdiyi üçün ötən gün baş verənləri unudub.

Qəzanı törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 681