Bakı polisi `Milli Şura`nın mitinqi ilə bağlı məlumat yaydı
21:33 07 Oktyabr 2017
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yayıb.
İdarədən Femida.az-a verilən məlumata görə, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, "NİDA" hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1 200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
Femida.az
Oxunub: 1422
Oxşar xəbərlər
- Bakı metrosu qana boyandı - 23 yaşlı gənc özünü qatarın altına atdı
- Bakının mərkəzində qəza - İki maşın otelə çırpıldı
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakı-Tbilisi aviareysi təxirə salındı
- Bakıda qəza törədən qadın sürücünü döydülər