ABŞ-ın bu ərazilərində fövqəladə vəziyyət elan edildi


03:04     08 Oktyabr 2017 2017-02-11-1486846762-7068853-trump.jpg

Mərkəzi Amerikada onlarla insanın həyatına son qoyan “Nate” qasırğası ilə əlaqədar ABŞ-ın 4 ştatında fövqəladə vəziyyət elan edilib.

Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Nate” qasırğası ilə əlaqədar ABŞ-ın Luiziana, Missisipi, Alabama ştatları ilə Florida ştatının qərb hissəsində fövqəladə vəziyyət elan edilib.

ABŞ prezidenti Donald Tramp twitter hesabında fəlakətin olması gözlənilən bölgələrdə yaşayan sakinlərə xəbərdarlıq edib:

" Luiziana, Missisipi, Alabama və Florida şəhərlərindəki hər kəs, yerli hakimiyyət orqanlarını dinləyin və təhlükəsiz qalın".

Femida.az

Açar sözlər:

Oxunub: 780