Kərkük İraq ordusunun tam nəzarətindədir


00:49     17 Oktyabr 2017 kerkuk-3.jpg

İraq ordusu peşmərgə tərəfindən heç bir müqavimət görmədən Kərkükü tam nəzarət altına alıb.


Peşmərgə qüvvələrinin şəhəri döyüşsüz tərk etdiyi bildirilir.

Şəhərin inzibati binalarının üzərində İraq bayraqları asılıb. Kərkükün qubernatoru Nəcməddin Kərim də daxil olmaqla, kürd muxtariyyətinə loyal məmurların şəhərdən qaçdığı xəbər verilir.

Qeyd edək ki, Kərkükdə təhlükəsizliyi bərpa etmək məqsədilə əməliyyat gecə saatlarında başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 879