Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır


01:36     17 Oktyabr 2017 Bekir-Bozdag-CNN-Turk.jpg

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb.


Femida.az xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib. Onun sözlərinə görə, qəbul edilmiş qərar Türkiyə Böyük Millət Məclisinə göndərilib.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 823