Sumqayıtda 40 mərmi tapılıb
21:30 17 Oktyabr 2017
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, Z. Tağıyev qəsəbəsi ərazisində 3 ədəd mərminin olması barədə məlumat daxil olub.
ANAMA-dan Femida.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
ANAMA-nın mütəxəssisləri tərəfindən həmin ərazidə, "Azərsun" Yağ zavodunun yaxınlığında "Azərsu" ASC tərəfindən qazıntı aparılan əraziyə baxış keçirilib, 49 ədəd müxtəlif modelli partlamamış hərbi sursat (8 ədəd 125 mm-lik top mərmisi, 17 ədəd 122 mm-lik top mərmisi, 4 ədəd 100 mm-lik top mərmisi, 2 ədəd 85 mm-lik top mərmisi, 2 ədəd 115 mm-lik top mərmisi, 4 ədəd 76 mm-lik top mərmisi, 3 ədəd 82 mm-lik minaatan mərmisi, 7 ədəd raket, 1 ədəd partladıcı başlıq və 1 ədəd silah qumbarası) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərmilərin ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Femida.az
Oxunub: 663
Oxşar xəbərlər
- Sumqayıtda yataqxana yandı
- Sumqayıtda əməliyyat - Tutulanlar var
- Sumqayıtda top mərmisi tapıldı - FOTO
- Sumqayıtda zavodda dəhşətli hadisə - Ölən və yaralanan var
- Sumqayıtda avtomobil qadını vurdu
- Sumqayıtda YAP-ın yeni binası açılıb
- Sumqayıtdakı qəza ilə bağlı - Rəsmi məlumat
- Sumqayıtda öldürülən iki qadınla bağlı açıqlama
- Sumqayıtda dəhşətli hadisə - 2 qadın öldü
- Sumqayıtda ikimərtəbəli ev yandı