Türkiyədə növbəti partlayış - 12 polis yaralanıb


23:00     17 Oktyabr 2017 1-43.jpg

Türkiyədə polisin xidməti avtomobilinə hücum edilib.


Femida.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Mersin şəhərində polis avtomobili partladılıb. Partlayıcı qurğu zibil qutusunda quraşdırılıb. Polis avtomobili zibil qutusunun yanından keçən anda partlayıcı qurğu məsafədən işə salınıb. Nəticədə 12 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 623