2 rayonda suyun verilişində fasilə yaranıb


00:35     18 Oktyabr 2017 su%20kesilecek7.jpg

Bakının Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.


Femida.az-ın xəbərinə görə, bu barədə “Azərsu” ASC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, buna səbəb 500 mm-lik magistral kəmərdə baş vermiş qəzadır.

Hazırda Bakı Sukanal və Nərimanov Sukanal idarələrinin əməkdaşları hadisə yerində işləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 681