Dəniz Baykalın vəziyyəti ağırdır


01:03     18 Oktyabr 2017 deniz-baykal-telekulak-dinleme-kaset-kumpasi-skandali.jpg

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, millət vəkili Dəniz Baykalın vəziyyəti ağırlaşıb.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Baykal bu axşam üçüncü dəfə əməliyyata alınıb.

Baykalın həkim nəzarətində olduğu bildirilib.

Baykal oktyabrın 15-də səhər saatlarında kəskin qızdırma ilə xəstəxanaya yerləşdirilib. Millət vəkilinin müalicə aldığı Ankara Universiteti İbn Sina xəstəxanasının professoru D. İbiş onun beyin qanaması keçirdiyini bildirib.

Xatırladaq ki, D.Baykal oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Azərbaycana qarşı olan qətnamənin lehinə səsverməklə gündəmə gəlmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 779