İrəvanda taksi sürücüləri etiraz aksiyası keçirib


02:14     18 Oktyabr 2017 irevan-taksiler_1508257650.jpg

Ermənistanın paytaxtı İrəvanda taksi sürücüləri etiraz aksiyası keçirib.


Femida.az erməni KİV-lərə istinadən xəbər verir ki, cərimələrə qarşı etiraz edən taksi sürücüləri nəqliyyat və rabitə naziri Vahan Martirosyanın və baş nazir Karen Karapetyanın istefasını tələb ediblər.

Aksiya zamanı “Avtomobil sürücülərinin müdafiəsi liqası"nın sədri Tiqran Ovanisyan nazirin heç bir işlə məşğul olmadığını deyib.

"Bütün taksi sürücülərini cərimələyirlər, nazir bizə söz vermişdi ki, parlamentdə taksi xidmətləri ilə bağlı problemləri qaldıracaq, ancaq heç nə etmədi".

Ovanisyan deyib ki, nəqliyyat və rabitə naziri açıq-aydın bu sahəyə rəhbərlik edə bilmir və istefa verməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 910