Bakıda küçəyə qəribə yol nişanı qoyulub


03:09     18 Oktyabr 2017 412368156.jpg

Paytaxt küçələrində yol nişanları çatışmır və ya bəzi yerlərdə düzgün yerləşdirilmir. Lakin bu gün aşkar edilmiş yol nişanı şəhər sakinlərini çaşdırıb. Paytaxtın C.Cabbarlı və Z.Əhmədbəyov küçələrində yol nişanları arasında əlil arabasında hərəkəti qadağan edən nişan vurulub.


Femida.az xəbər verir ki, ekspert Ərşad Hüseynov facebook səhifəsində məsələyə münasibət bildirərək yazıb ki, belə bir nişan nə qanunda, nə də müvafiq konvensiyada yoxdur: "Bu sadəcə nişanı bura yerləşdirənlərin fantaziyasıdır".

Hüquqşünas hətta bu nişanın nəyi qadağan etdiyini anlamadığını qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 771