`Qarabağ` üçün daha bir tarixi gün - Rəqib `Atletiko`dur


13:22     18 Oktyabr 2017 maxresdefault%20(1)1.jpg

Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirəcək.


Femida.az xəbər verir ki, təmsilçimiz İspaniyanın “Atletiko” klubunu qəbul edəcək. "Qarabağ" buna qədər keçirdiyi hər iki oyunda məğlub olub.

Təmsilçimiz ilk dəfə İspaniya komandası ilə üz-üzə gələcək. Oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.

Çempionlar Liqası, C qrupu, III tur

20:00. "Qarabağ" - "Atletiko"
Bakı Olimpiya Stadionu

Femida.az

Açar sözlər:

Oxunub: 1141