`Azəravtoyol` sürücülərə xəbərdarlıq edib


13:36     18 Oktyabr 2017 azeryol_tikinti_temir_877.jpg

"Azəravtoyol" ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.


ASC-dən Femida.az-a verilən məlumata görə, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-71-ci kilometrlik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1148