Pakistanda partlayış: 6 polis öldü


14:03     18 Oktyabr 2017 pakistan%20partlayis.jpg

Pakistanın şimal-qərbində Kvetta şəhərində partlayış baş verib.


Femida.az xəbər verir ki, partlayış nəticəsində azı 6 polisin öldüyü, daha 8 nəfərin yaralandığı bildirilib.

Təhlükəsizlik Xidmətinin verdiyi ilkin ehtimala görə, partlayış içərisində 35 polis nəfərini aparan maşın yolda qoyulmuş minanın üzərindən keçərkən baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda insident baş verən ərazi nəzarətə götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 758