Qocalar evində yanğın - Xəsarət alanlar var


15:48     18 Oktyabr 2017 rusiya%20tecili%202.jpg

Rusiyada qocalar evində yanğın olub.


Femida.az xəbər verir ki, İrkutskda qocalar evində baş vermiş yanğında 14 nəfər tüstüdən zəhərlənib. Xəstəxanaya yerləşdirilən zərərçəkənlərdən 3-nün vəziyyəti ağırdır.

İkimərtəbəli fərdi binanın qocalar evi kimi qanunsuz fəaliyyət göstərdiyi bildirilir.

Yanğının elektrik naqillərindəki qısaqapanmadan qaynaqlandığı deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 648