Bakıda italiyalı kişi tanış olduğu qadını evə apardı, başına iş gəldi
17:39 18 Oktyabr 2017
Bakıda İtaliya vətəndaşının pul qabı oğurlanıb.
Femida.az lent.az-a istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü Renato Zorze polisə müraciət edərək bildirib ki, bir neçə gün əvvəl paytaxtda qadınla tanış olub. O, daha sonra həmin qadını Zərifə Əliyeva küçəsi 28 ünvanında kirayə tutduğu evə aparıb.
Burada həmin qadın italiyalı kişinin cibindən hesabında 12 min manat pul olan bankomat kartını oğurlayıb.
Bakıdakı tikinti şirkətlərindən birində işləyən Renato Zorzenin müraciətindən sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə Gürcüstan vətəndaşı olan Liya Nikobadze tutulub. Ona əməlində kömək etmiş Bakı sakini Elşad Ərəbov da yaxalanıb.
Araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 4266
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik