Arqamunt Rusiyaya getdi


18:37     18 Oktyabr 2017 arqamunt5.jpg

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) keçmiş prezidenti Pedro Arqamunta Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının (RANXiQS) fəxri doktoru adı verilib.


Femida.az -ın məlumatına görə, Arqamunt RANXiQS-in fəxri doktor adını alan ilk ispan olub.

Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski "Facebook" sosial şəbəkəsindəki səhifəsində Arqamuntla dostluğu ilə fəxr etdiyini yazıb: "Arqamunt Rusiya-İspaniya münasibətlərinə böyük töhfə verib. Lakin bu, ən başlıcası deyil. Arqamunt böyük cəsarətə malik insandır. AŞPA prezidenti olduğu zaman Suriyaya getməkdən qorxmamışdı. Hmeymim hərbi bazamızda olan zaman Rusiya Müdafiə Nazirliyinin unikal nəticələr əldə etdiyini bildirmişdi. Fikrimcə, Arqamunt yaxşı başa düşürdü ki, AŞPA-dakı anti-Rusiya qüvvələri bu addımına görə onu bağışlamayacaqlar və onu vəzifəsindən uzaqlaşdırmağa çalışacaqlar. Bir müddət öncə bu, baş verdi. Lakin Pedro Arqamunt Rusiyanın Suriyadakı fəaliyyəti barədə həqiqətləri bilməyə və danışmağa üstünlük verdi. Bəli, o, yüksək vəzifəsindən mərhum oldu, lakin onun sayəsində milyonlarla avropalı Rusiyaya təbliğatçı şablonlarsız baxdı”.

Qeyd edək ki, Pedro Arqamunt oktyabrın 6-da AŞPA prezidenti vəzifəsindən istefa verib. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında baş çatırdı.

Femida.az

Açar sözlər:

Oxunub: 703


Oxşar xəbərlər