Bakı-Abşeronda sürüşmə - Subasma sahələri aktivləşib


18:50     18 Oktyabr 2017 xsurusme.jpg.pagespeed.ic.Dfue37anXr.jpg

Bakı şəhəri və Abşeron rayonunda sürüşmə sahələrində vəziyyət açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Femida.az-a bildirib ki, Zığ, Masazır qəsəbəsində “Zəli” gölü və Hökməlidə Nübar qəsəbəsi sürüşmə sahələrində aktivlik müşahidə edilir. Ekspedisiya rəisinin sözlərinə görə, sürüşmə sahələrinin aktivləşməsinə atmosfer yağıntıları səbəb olub.

Ə. Qaralov qeyd edib ki, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Qala qəsəbəsi və Binəqədi subasma sahələrində də aktivlik qeydə alınıb, nəticədə həmin ərazilərdə qrunt sularının səviyyəsi qalxıb.

Femida.az

Açar sözlər:

Oxunub: 599


Oxşar xəbərlər