Dostunu öldürən şəxsə hökm oxundu - 14 il həbs


19:05     18 Oktyabr 2017 hokm%20ceza%20mehkeme_yeni.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən İlkin Əhmədovn cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Əhmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Suraxanı rayonunun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, İ.Əhmədov uzun müddətdir, F.İsmayılovun evində kirayədə yaşayıb. İ.Əhmədov F. İsmayılovu qısqanclıq zəminində qətlə yetirib.

Hadisəni törədən İ.Əhmədov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 786