Azərbaycanda 17 ana doğuş zamanı ölüb


19:58     18 Oktyabr 2017 bas_mama.jpg

"Bu ilin 9 ayı ərzində Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb".


Femida.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.
Onun sözlərinə görə, hadisələrin sayı da müvafiq dövrdə eyni qalıb:

"Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".
Baş mama-ginekoloq bildirib ki, cari ilin 9 ayı ərzində ölkədə ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb.

Açar sözlər:

Oxunub: 928