`Amerikanın dərdi başqadır` - Ərdoğan


18:57     21 Noyabr 2017 1451681005_erdogan.jpg

`Suriyada Əsəd rejimi hələ də yerində qalır. Belədirsə, bu qədər qan niyə tökülüb? Demək ki, məsələ terrorla mübarizə, demokratiyanın bərpası, məzlumların hüquqlarının qorunması deyil. Biz qonşularımızın bu cür həmlələrinə biganə qalmayacağıq`


Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan AK partiyasının qrup toplantısında çıxışında deyib.

R.T.Ərdoğan ABŞ-ın dərdinin əslində başqa olduğunu qeyd edib: “İŞİD terrorçularını təmizlədiyinizi deyirsiniz, amma silah yüklənmiş avtomobillər hələ də Suriyaya gedir. Bu, hələ də niyə davam edir? Siz hansı ölkəyə qarşı silahlanırsınız? Dərdiniz başqadır. Nəyin nə olduğunu yaxşı bilirik. Ona görə də lazımı addımlar atacağıq. Kimsə bu ssenarilərin qarşısında Türkiyənin əli-qolu bağlı oturmasını gözləməsin”.

Femida.az

Açar sözlər:

Oxunub: 1281


Oxşar xəbərlər