Əfqanıstanda 8 Taliban terrorçusu öldürülüb


22:42     21 Noyabr 2017 taliban8.jpg

Əfqanıstanın Lohar əyalətinin Baraki Barak rayonunda təhlükəsizlik qüvvələri ilə "Taliban" terrorçuları arasında qarşıdurma olub.


Qarşıdurmada 8 "Taliban terrorçusu və qrupun lideri öldürülüb.

Lohar valisinin mətbuat katibi Səlim Saleh bildirib ki, qarşıdurma Tanqi bölgəsində bir evdə baş verib. Gecə basqını zamanı təhlükəsizlik qüvvələri 8 "Taliban terrorçusunu, o cümlədən onların lideri Molla Gülağanı öldürüb.

"Taliban" hadisə barədə açıqlama verməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 659