Ermənilər Qarabağda minaya düşdü - 3 hərbçi öldü (YENİLƏNİB)


15:36     22 Noyabr 2017 default63.jpg

Qarabağda erməni hərbçilərin ölümü ilə nəticələnən mina partlayışı baş verib. 3 hərbçi ölüb, bir neçəsi də yaralanıb.


Femida.az shamshyan.com saytına istinadən xəbər verir ki, noyabrın 21-də saat 18:35 radələrində şimal- şərqdə yerləşən hərbi hissələrin birində mina partlayışı olub. Nəticədə 3 erməni hərbçi ölüb. Ölənlər 1995-ci il təvəllüdlü Qeqam Zakaryan, 1998-ci il təvəllüdlü Sarqis Abramyan və 1998-ci il təvəllüdlü Sarkis Mqerdir.

Məlumata görə,partlayış nəticəsində daha iki hərbçi ölümcül yaralanıb. Onlar 1997-ci il təvəllüdlü Melikyan və 1998-ci il təvəllüdlü Hareq Hoveyandır.

Yenilənib* 11:06

Erməni saytlarının və ölənlərdən birinin qohumunun sosial şəbəkədə paylaşdığı xəbərdə yazdığına görə, mina quraşdırılarkən partlayış olub və nəticədə 1995-ci il təvəllüdlü leytenant Geğam Zakaryan ölüb.


Mircəlal Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 4926