Çayın kənarında intihar etmək istədi


14:33     22 Noyabr 2017 88fc2683-a2e5-4d11-b8cd-f0758fc98afa.jpg

İsmayıllı rayon sakini özünü öldürmək istəyib.


Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Qalıncaq kəndində qeydə alınıb.

İsmayıllı şəhər sakini, 1967-ci il təvəllüdlü Cavadov Tərlan Ağa oğlu "Mercedes" markalı minik avtomobili ilə rayonun Qalıncaq kəndində çayın kənarına gedib və orada sirkə turşusu içərək intihara cəhd göstərib.

O, ailə üzvlərinə telefonla zəng edərək özünü öldürmək istədiyini və zəhərləndiyini bildirib.

Dərhal hadisə yerinə gedən təcili yardım stansiyasının briqadası Tərlan Cavadovu çayın kənarından huşsuz vəziyyətdə tapıb.

O, İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra müalicə üçün Bakı Toksikoloji Mərkəzinə göndərilib.

Hadisənin motivi hələlik məlum deyil.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 819


Oxşar xəbərlər